10 C
Baku
Thursday, December 12, 2024

İki yaşayış məntəqəsinin əhalisinin pay torpaqları verildi

Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinə əsasən kəndlilərə pay torpaqları ayrılıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

“Sovxoz və kolxozların islahatı haqqında” qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən şəxslərə bu sahədə həyata keçirilən işlərin nəticəsi olaraq pay torpaqları ayrılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu sisteminin qurulması ilə bağlı həyata keçirilən işlər çərçivəsində torpaqların naturada dəqiqləşdirmə işləri aparılıb, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası müəyyənləşdirilmiş bir sıra rayonlarda vətəndaşlara pay torpaqlarının verilməsi ilə əlaqədar məsələlər öz həllini tapıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kadastr uçotunun nəticələrinə istinad edilməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə yerli sakinlərə pay torpaqlarının verilməsi həyata keçirilib. Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbəsinin və Vələmir kəndinin torpaq payı almaq hüququ olan əhalisinə 531,24 hektar pay torpaq sahələri ayrılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən pay torpaqlarının verilməsindən öncə Xaçmaz Rayon İcra hakimiyyəti ilə birlikdə bir sıra istiqamətdə işlər aparıb.

Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı müəyyənləşdirmiş, dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ayrılıb. Bundan başqa, torpaq islahatının başa çatdırılması məqsədilə təsərrüfatın yerquruluşu layihəsi və pay torpaqlarının bölgü layihəsi tərtib edilib. İslahat nəticəsində ərazidə mövcud olan 604 ailədən ibarət 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi naturada ayrılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi sosial addım olaraq ayrılan pay torpaqlarına çıxarışların verilməsi istiqamətində işlərini genişləndirir. Beləki, mayın 24-də Komitə tərəfindən ilk dəfə olaraq Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib. İlkin olaraq 50-ə yaxın vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitsilə elə aldıqları pay torpaqlarındaca əldə ediblər. Sakinlər bu tədbirlərlərlə bağlı ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatları müsbət qarşılıyırlar. Vətəndaşlar bildiriblər ki, verilən bu torpaqlar onların yaşayış səviyyəsinin yaxşılaşmasına imkan verəcək.

Bu səpkidən olan işlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Siyəzən rayonunun Dağquşçu, İmişli rayonunun Hacımustafalı kəndlərində də həyata keçirilmiş, uzun illərdən bəri torpaq payı almaq arzusunda olan insanlara torpaq payları ayrılıb. Pay torpaqları əldə edə bilməyən şəxslərə pay torpaqlarının verilməsində məqsəd kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına ödənilməsinin təmin edilməsidir. Bundan başqa, pay torpaqlara çıxarışların təqdim edilməsi həm kəndlinin fəaliyyətini stimullaşdırır həmdə aqrar sahədə məşğulluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Həmçinin bu sənəd kəndlidə əmlakının artıq dövlət tərəfindən qeydiyyata alındığı ilə bağlı əminlik yaradır.

Qeyd edilməlidir ki, bu istiqamətdə aparılan işlər Topraqların Elektron Kadastr Uçot Sisteminin məlumatları əsasında həyata keçirilir. Sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınır, torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunur.

Son xəbərlər
Digər xəbərlər