1 C
Baku
Saturday, December 14, 2024

“Dövlət rüsumu haqqında” qanunundakı dəyşikliyin tətbiqinə başlanıldı

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Prezidentin aktlarının “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanunların uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin, normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat versin, həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Eləcə də, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər
Digər xəbərlər