8 C
Baku
Friday, December 13, 2024

“Goldman Sachs”: 2018-ci ilin sonlarında neft təklifi arta bilər

2018-ci ilin sonlarında qlobal bazarda neft təklifinin artacağı proqnozlaşdırılır.

Bu barədə dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın məlumatında deyilir.

“Goldman Sachs”a görə, Neft İxrac edən Ölkələr Təşkilatı və (OPEC) və müttəfiqlərinin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 9 ay müddətinə artırması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ehtiyatlarını normallaşdıracaq. Əgər OPEC və Rusiyanın hasilatı yenidən artarsa və şist nefti istehsalı maksimuma çatarsa gələn ilin sonlarında neft bazarında yenidən təklif çoxluğu yaranacaq. Mövcud şəraitdə, 2018-ci ildə tarazlığın yenidən pozulacağı mümkündür.

Bank OPEC-in Vyanada keçirəcəyi növbəti toplantısında neft hasilatının azaldılması üzrə sazişin müddətinin artırılacağını proqnozlaşdırır: “Saziş 2018-ci ilin ilk rübünün sonunadək davam edəcək. “Brent” markalı xam neftin qiymətinin isə bu ilin ikinci yarısında 57 dollar/barrel olacağı proqnozlaşdırılır”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər