2 C
Baku
Saturday, December 14, 2024

Elman Rüstəmovun görüşü təxirə salınıb

İyunun 7-nə planlaşdırılmış Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna və mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyalar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə “Report”a “Caspian European Club”dan bildirilib.

“Buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin olmasıdır”, – deyə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktori Telman Əliyev bildirib.

Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın deleqatın, o cümlədən Xəzər-Qara dəniz regionu və Aİ ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılıb.

“Biz maraqlanan bütün şirkətləri 14 iyun 2017-ci ildə “Caspian European Club” və “Caspian American Club” çərçivəsində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevin iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik”, – deyə T.Əliyev söyləyib.

“Caspian European Club” və “Caspian American Club” ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə təkliflər irəli sürmək, həmçinin cavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.

Son xəbərlər
Digər xəbərlər