13 C
Baku
Friday, November 22, 2024

Ən sərfəli depozitlər reytinqi (11.12.2013)

1illik depozit

[table id=3 /]

2 illik depozit

[table id=4 /]

3 illik depozit

[table id=5 /]

Ölkəmizin bütün banklarında depozit yerləşdirməyiniz mümkündür. Lakin sadəcə yığım depoziti yerləşdirmək istəsəniz bunun üçün bəzi banklara müraciət edə biləcəksiniz.

Yığım depoziti əmanət növlərinin bir növüdür. Digər əmanət növləri kimi bu əmanət növü də sizə pulunuzu məqsədyönlü yığmağa və faizlərdən qazanc qazanmağınıza imkan yaradacaqdır. Lakin bu əmanət növünün digərlərindən fərqi ondadır ki, siz əmanətinizin məbləğini hər ay artıra bilərsiniz. Bu zaman bəzi banklarda sizə faizlərdən əlavə bonuslar da təqdim olunacaqdır.

Yığım depozitinin şərtləri çox sadədir. Depozit yerləşdirdiyiniz zaman vacib olan əsas fərqlər illik faiz, faizlərin hesablanma metodu, müddəti və qoyulan minimum məbləğdir. Bəzi banklarda siz bu depoziti 5 illik, bəzi banklarda isə 1 illik yerləşdirə bilərsiniz. Əgər istəsəniz 1 il bitdikdən sonra yenidən depozitinizin müddətini uzada bilərsiniz. Depozitin faizinə gəldikdə isə, faizlər banklarda və valyutadan asılı olaraq bir –birindən fərqlənir.

Bütün bunlardan əlavə siz depozitinizə əsasən kredit də əldə edə bilərsiniz. Bu zaman sizə təklif olunan şərtlər digər kreditlərə nisbətən daha səmərəli olacaqdır. Hazırda aşağıda qeyd olunan banklarda siz yığım əmanəti yerləşdirə bilərsiniz.

Lakin qeyd edək ki, hazırda bir neçə bankda depozitlər ilə bağlı kampaniyalara start verilib.

Standard Bankda yanvarın 15 –nə kimi kampaniya həyata keçirilir. 12 aya və daha çox müddətə Standard əmanəti açın və əlavə 1% faiz gəliri əldə edə biləcəksiniz. Bundan başqa, Qarant, Premier, Təqaüdçü və ya Standard əmanəti açanlar 3 aylıq faiz gəliri dərhal qeydiyyat günü almaq imkanı qazanacaq.

AccessBankda isə banka əmanət yatıran hər kəsə 50% endirimlə Visa Classic plastik kartı, əmanətinin məbləği 1000 AZN/USD-dən artıq olan müştərilərə mobil nömrə üçün pulsuz dəqiqələr və əmanətinin məbləği 5000 AZN/USD-dən artıq olan müştərilərə, balansında 50 AZN olan Visa Gold kartı 50% endirimlər hədiyyə olunacaq.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 30 dekabr 2013-cü il tarixinədək davam edəcək.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.