10 C
Baku
Wednesday, November 27, 2024

Bank of Baku bank seyflərinin çeşidini artırıb

Bir neçə gün əvvəl Fərdi Bank seyfləri ilə bağlı geniş araşdırmanı sizlərə təqdim etmişdik. Ümumiyyətlə qeyd etmək istərdik ki, son dövrlərdə bazarda bu məhsula olan tələb kifayət qədər artıb.

Bu amilləri nəzərə alan Bank of Baku təqdim etdiyi seyflərin çeşidlərini zənginləşdirib. Belə ki, daha əvvəl yalnız 2 fərqli ölçüdə (hündürlüyü 20 sm və 40  sm) seyf təklif edən Bank, seyf çeşidlərinə 5 fərqli ölçüdə (hündürlüyü 5 sm. 10 sm, 15 sm, 30 sm, 45 sm) seyfləri əlavə edib.

Seyflər müştərilərə icarə şərtləri ilə 6 aya və 12 aya təklif edilir. Həmçinin seyfləri daha uzun müddətə icarəyə götürən müştərilər endirim əldə edirlər. Seyflərin hündürlükləri və icarə qiymətləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Seyfin hündürlüyü

İcarə haqqı, AZN ilə
6 aylıq 12 aylıq

1 aylıq ( hər əlavə ay)

5 sm 50 100 10
10 sm 100 200 20
15 sm 125 250 25
20 sm 150 300 30
30 sm 200 400 40
40 sm 250 500 50
45 sm 275 550 55

 

Qeyd: Xidmətdən yalnız Bankın “Mərkəz” filialında (ünvan: Bakı şəhəri, Аzərbaycan pr, 3) yararlanmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər