Banker.az saytının verdiyi məlumata görə, Çin tranzaksiya həcminə görə dünyanın ən nəhəng elektron kommersiya bazarı statusunu qoruya bildi. Belə ki, e-commerce sahəsində qlobal tranzaksiya həcminin 40%-i Çin bazarının payına düşür.
Ölkənin Ticarət nazirliyinin verdiyi məlumatlara görə, 2016-cı ildə elektron kommersiya platformalarında tranzaksiya həcmi 3,8 milyard dollara çatıb ki, bu da bir il əvvəl qeydə alınan göstəricilər ilə müqayisədə 19,8% çoxdur.
Keçən il e-commerce sahəsinə aid olan xidmət sahəsində həyata keçirilən tranzaksiya həcmi 357,5 milyard dollara çatıb və bu2015-ci ildə qeydə alınan göstəriciləri 23,7% üstələyib.
Çində e-commerce bazarının əhəmiyyətli şəkildə artımının əsas səbəbi olaraq Taobao, Tmall və JD.com platformalarının genişləndirilməsi göstərilir.