10 C
Baku
Sunday, December 22, 2024

Google Chrome “zəhlətökən” reklamı blok edəcək

Google şirkətinin elan etdiyi məlumata görə, şirkət 2018-ci ildə Chrome brauzerinə “zəhlətökən” internet reklamlarını blok edən funksiya əlavə edəcək.

 

Şirkət öz bloqunda məlumat verir ki, sayt rəhbərlərinə Ad Experience Reports alətini təqdim edəcək. Onlar isə öz növbəsində bu alətin köməkliyi ilə hansı reklamın məqbul hesab olunduğunu və standartlara uyğun olmayan reklam ilə bağlı problemi necə həll etməyi anlamağa kömək edəcək.

Reklamın keyfiyyət standartlarını isə tərkibinə Google, Facebook, News Corp, Interactive Advertising Bureau (IAB), Procter & Gamble və digər şirkətlərin daxil olduğu “Yaxşı reklam üçün koalisiya” təyin edəcək.

Ümumilikdə, avtomatik olaraq açılan video çarx, elanın itməsi üçün müəyyən vaxt təyin edən reklam və s. məqbul hesab edilməyəcək.

Google belə hesab edir ki, yeni funksiya “zəhlətökən” internet reklamlardan bezən istifadəçilərin internetdən istifadə prosesini daha rahat edəcək.

Son xəbərlər
Digər xəbərlər