Banker.az saytı xəbər verir ki, Çinin milli ödəniş sistemi olan UnionPay ölkənin 40 kommersiya bankı ilə birlikdə QR-kod əsasında UnionPay Cloud Quick Pass QR adlı ödəniş xidmətinin yaradıldığını rəsmi olaraq elan etdi.
İstifadəçilər QR-kodun köməkliyi ilə tətbiqetmədə qeydiyyatdan keçə və ödəniş həyata keçirə bilər. Hazırda sözügedən bu xidmət QR-kod ilə ödəniş bazarının 90%-nə sahib olan Alipay və WeChat istifadəçiləri üçün əlçatandır.
İstifadəçilər Cloud Quick Pass QR vasitəsilə satıcıların QR-kodlarını skan edə və yaxud P2P-köçürmələr və şirkətlərə pul köçürmələri həyata keçirə bilərlər. Həmçinin şirkətlərarası köçürmələr də mümkündür. Gələcəkdə yeni xidmətin köməkliyi ilə bankomatdan pul çıxarmaq və digər tranzaksiyalar etmək imkanlarının yaradılması planlaşdırılır.
Xidməti ilk olaraq dəstəkləyəcək olan banklar Çinin Kommersiya bankı, Çinin Kənd təsərrüfatı bankı, Çin bankı, Çin İnşaat bankı, Çin Kommunikasiya bankı və Çin Ticarət bankıdır. Ümumilikdə layihədə 40 bank iştirak edəcək.