-1 C
Baku
Sunday, December 15, 2024

Xalq Bankın daha bir filialı fəaliyyətə başladı

11 dekabr 2013-cü il tarixindən etibarən ASC “Xalq” Bankının Şirvan şəhərində yeni filialı fəaliyyətə başlayıb. “Şirvan” filialı Bankın sayca iyirmi dördüncü, regionlarda fəaliyyət göstərən on səkkizinci filialıdır. Yeni filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Filial, Şirvan şəh., H.Əliyev pr-ti 8, ünvanda yerləşir. Telefon: (021) 215 1615; Faks: (021) 215 6092.

Son xəbərlər
Digər xəbərlər