“Dəli dahi” ifadəsi bəzən hərfi mənada da yerində səslənir. İstedadlı insanlara bəzən xüsusi psixi pozuntular səciyyəvidir. Bir neçə məşhur insanları sizə təqdim edirik:
Trafofobiya və yaxud diri-diri dəfn olunmaq qorxusu xəstəyiliyi ilə yalnız N. V. Qoqol əziyyət çəkmirdi. Nobel mükafatının təsisçisi Alfred Nobel də diri-diri dəfn olunacağından qorxurdu. Yeri gəlmişkən, Nobelin atası “təhlükəsiz qəbrin” təsisçisi olub, çünki o da tarafofobiya xəstəliyindən əziyyət çəkirdi.
Həmçinin bu xəstəlikdən Artur Şopenhauer, Marina Svetayeva, Ulki Kollinz də əziyyət çəkirdilər.
Harri Potter haqqında olan kitabların müəllifi Coan Roulinq uzun müddət kliniki depressiyadan əziyyət çəkirdi. Yazıçının öz etrifalarına görə, gənc sehrbaz haqqında kitab yazmaq onun üçün bir növ terapiya olmuşdu. Məhz depressiyada olduğu üçün yazıçı insandan onun həyat sevincini “sovuran” dementorları yaratmışdı.
Avraam Linkoln da depressiyadan əziyyət çəkirdi. Tarixçilər ABŞ prezidentinin tez-tez balışına hönkürtü ilə ağladığını və hətta intihara cəhd etdiyini iddia edirlər.
Vinsent Van Qoq
Deyilənə görə, məhz bipolar affektiv pozuntusu nəticəsində Vinsent van Qoq öz qulağını kəsmişdi. Rəssamın vəziyyəti epilepsiya və hallüsinasiyalarla yaşadığı üçün daha da pisləşirdi. Bu hallar onun mütəmadi olaraq absent qəbul etməsi ilə əlaqədar idilər.
Lüdoviq Van Betxoven də həmçinin bu patalogiyadan əziyyət çəkirdi. Bipolar pozuntusundan əziyyət çəkən bəstəkarın keçirtdiyi yaradıcı ilham və enerji axını apatiya ilə əvəzlənirdi. Apatiyadan qurtulmaq və yenidən özünü musiqi bəstələməyə məcbur etmək üçün Betxoven başını buzlu su ilə dolu olan ləyənə salırdı.
Mixail Lermontov. Bir sira bioqraflar onun şizofreniyanın bir növündən əziyyət çəkdiyini düşünürlər. Psixi pozuntu şairə yəqin ki, anası tərəfindən irsi olaraq keçmişdi. Onun babası zəhər qəbul edərək həyatına son qoymuşdu, anası nevrozdan və isteriyadan əziyyət çəkirdi. Lermontovun həmyaşıdları onun çox aqressiv və az ünsiyyətcil və əsəbi olduğunu deyirdilər.
Oskar mükafatına layiq görülmüş «Fikrin oyunları» filminin prototipi riyaziyyatçı Con Neş ömru boyu paranoyadan əziyyət çəkirdi. Dahi riyaziyyatçı tez- tez hallüsinasiyalar görürdü, daim yad səslər eşidirdi və mövcud olmayan insanları görürdü. Nobel mükafatı sahibinin həyat yoldaşı ərinin xəstəliyinin simptomlarını gizlətmək üçün çox səy göstərirdi. Axı o vaxtki Amerika qanunlarına görə riyaziyyatçını müalicə almağa məcbur edə bilərdilər. Lakin bu sonunda baş verir, o, müalicəyə cəlb olunur. Amma riyaziyyatçı həkimləri aldatmağa müvəffəq olur. O, ustalıqla xəstəliyin simptomlarını gizlətməyi bacarmışdı və psixiatrlar onun sağaldığına inanmışdılar. Qeyd edək ki, riyaziyyatçının həyat yoldaşında da, Neşa Lüssidə də, qocalığında paranoya xəstəliyi müşahidə olunmuşdu.