Banker.azın verdiyi məlumata görə, Bank Respublika nağd kreditlər üzrə şərtlərdə dəyişiklik edib.
Belə ki, əvvəlki şərtlərə əsasən məbləğindən asılı olmayaraq bütün kreditlərə digər şəxsin zaminliyini tələb edən Bank, hal-hazırda 3000 AZN-ə kimi məbləğləri zaminsiz təklif edir. Xatırlatma üçün vurğulayaq ki, digər şərtlər dəyişdirilməyib. Yəni, kreditin maksimal məbləği – 5000 AZN, müddəti – maksimum 18 ay, faiz dərəcəsi – 30%, komissiyası isə 2 – 3 % təşkil edir.