1 C
Baku
Saturday, December 14, 2024

Avropa Komissiyası kriptovalyutaları izləmək üçün 5 milyon avro yatırdı

Banker.az saytı Coindesk nəşrinə istinadən xəbər verir ki, 15 avropalı təşkilat və dövlət orqanından ibarət konsorsium kriptovalyuta ilə həyata keçirilən ödənişləri izləmək üçün layihə yaratmağa hazırlaşır.

Belə ki, Avropa İttifaqı TITANIUM (Tools for the Investigation of Transactions in Underground Markets) layihəsinə 5 milyon avro yatırıb.

Konsorsiuma İspaniya və Avstriyanın daxili işlər nazirlikləri, Finlandiya milli tətbiqat bürosu, həmçinin İnterpol daxildir.

TITANIUM layihəsi 3 illik nəzərdə tutulub. Avropa Komissiyasının verdiyi məlumatda qeyd edilib ki, iştirakçılar kriptovalyutalardan istifadə etməklə və kölgə tranzaksiyalar ilə həyata keçirilən terrorizm və cinayətkarlıq hallarının azaldılması üçün həll yollarının axtarılması ilə məşğul olacaq.

Son xəbərlər
Digər xəbərlər