10 C
Baku
Wednesday, December 11, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “Bank VTB (Azərbaycan)”ın səhmdarı dəyişib

“Bank VTB (Azərbaycan)”ın səhmdarı dəyişib

0
“Bank VTB (Azərbaycan)”ın səhmdarı dəyişib

“Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının strukturunda dəyişiklik olub.

Bankın 2016-cı il üzrə audit hesabatına istinadən, Əşrəf Kamilov payını Adıgözəl Ağayevə satıb. Söhbət səhmlərin 0,01%-dən gedir.

Digər iki səhmdarı payı isə dəyişilməz olaraq qalıb. Belə ki, “Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərinin 51%-i “Bank VTB” SC-yə (RF), 48,99%-i isə “AtaHoldinq” ASC-yə məxsusdur.

Qeyd edək ki, Ş.Kamilov “AtaHoldinq” ASC-nin Müşahidə Şurası sədrinin birinci müavini, A.Ağayev isə İdarə Heyətinin sədridir.