6 C
Baku
Sunday, December 15, 2024

ESET: Azərbaycanda kibertəhlükə reytinqinə reklam proqram təminatı liderlik edir

Banker.az saytının verdiyi məlumata görə, ESET şirkəti 2017-ci ilin may ayında Azərbaycanda zərərli əməliyyat sistemlərinin fəaliyyəti ilə bağlı ESET LiveGrid cloud sisteminin köməkliyi ilə təşkil edilmiş hesabatının təqdim edib.

May ayının əsas müzakirə mövzusu dünya üzrə yüz minlərlə kompüterə yoluxmuş WannaCry virusu oldu. Sözügedən bu virus Windows əməliyyat sistemində şəbəkədə mövcud olan boşluqdan istifadə edərək yayılırdı. Microsoft şirkəti bu boşluğu aradan qaldımaq üçün hələ 14 martda MS17-010 təhlükəsizliyin yenilənməsini buraxdı. Lakin 12 may tarixində bu yenilənmə heç də bütün işçi stansiyalarda quraşdırılmamışdı ki, bu da kütləvi yoluxmaya gətirib çıxardı.

WannaCry epidemiyası zamanı ESET NOD32 antivirus məhsulları hücumun müxtəlif mərhələrində təhlükəni blok edirdi.

Azərbaycanda kibertəhlükə reytinqinə reklam proqram təminatı ailəsinin yeni nümayəndəsi JS/Adware.AztecMedia başçılıq edib. ESET 2017-ci ilin may ayının əvvəlindən başlayaraq bu proqramın fəallığının artmasını qeyd edib. Bundan əlavə, veb-səhifələrin zərərli elementləri HTML/ScrInject və troyan-yükləyici Win32/TrojanDownloader.Stantinko müsbət dinamika nümayiş etdirir.

Reklam proqram təminatı qlobal kibertəhlükə reytinqində də həmçinin öz yerini möhkəmlədib. Bu ailəyə daxil olan JS/Adware.AztecMedia, JS/Adware.Imali və JS/Adware.BNXAds müsbət dinamika nümayiş etdirib. 2013-cü ildən məşhur olan Win32/Bundpil də siyahını tərk etmir.

May ayında Azərbaycandan olan ESET NOD32 istifadəçilərinin 12,81%-i kompüterlərinin zərərli proqram təminatı ilə yoluxması halı ilə qarşılaşıb.

ESET şübhəli sayt və linklərdən uzaq olmağı, mütəmadi olaraq əməliyyat sistemini və digər proqram məhsullarını yeniləməyi, həmçinin fərdi kompüter və mobil cihazları müasir proqram təminatı antivirusu ilə qorumağı məsləhət görür.

Son xəbərlər
Digər xəbərlər