Bakıya ilk qar yağıb. Amma təəssüf ki, adi günlərdə belə tıxaclı olan yollarımız qarın sevincini duymağa imkan vermir. Nədənsə Bakı heç zaman nə qara, nə də qışa hazır olmur. Halbuki bir həftədir ki, bütün sinoptiklər, bütün mətbuat havaların kəskin dəyişəcəyini və Bakıya yar yağacağını deyirdi. Yəni “qar öz gəlişindən bizi xəbərdar edir”, amma “biz heç zaman onu lazımı səviyyədə qarşılaya bilmirik”.
Şəhərin nə güclü yağışlara, nə də qara hazır olmaması məyusluqdan başqa heç bir hiss yaratmır, axı hava elə də radikal dəyişməyib ki, yollar iflic vəziyyətə düşsün. Görən Avropadakı soyuqlar bura düşsə vəziyyət necə olacaq.
Həvəskar çəkiliş
[soliloquy id="11028"]