1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Braziliyadan inək alır – 34 milyon manata

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti cins mal-qara almaq məqsədi ilə 33 milyon 970 min manat məbləğində iki müqavilə bağlayıb.

Bu haqda cəmiyyət xəbər verir.

“Novero İnvest LTD” (Braziliya) şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə bağlanan müqavilənin məbləği 29 mln 579,7 min manat təşkil edib.

“Longmar Networks LTD” şirkəti ilə də min baş «Holştin-friz» cinsindən inək alınmasından ötrü 4 mln 390,3 min manatlıq müqavilə bağlanılıb. Hər iki şirkət bu il Bakıda nümayəndəlik açıb.

“Aqrolizinq” ASC eləcə də cins inəkləri “Paşa Sığorta” şirkətində 2 mln 319,5 min manata sığorta etdirib.

2009-2017-ci illərdə “Aqrolizinq” ASC 23 min 272 baş, o cümlədən bu il 443 baş cins inək və xırdabuynuzlu heyvan alıb.

2016-cı ildə mal-qara lizinqindən 13,3 mln manat əldə edilib. Bu, əvvəlki ilin eyni göstəricilərindən 15,6 faiz azdır. Cins mal-qara lizinqi üzrə xərclər 13 mln 197 min manat olub.

cleardot
Son xəbərlər
Digər xəbərlər