Banker.az xəbər verir ki, Avropa Komissiyası Avropa müdafiə fondunun yaradılmasını elan edib. Planlara əsasən fondun büdcəsi 2020-ci ildən sonra 5,5 milyard avro təşkil edəcək.
Avropa Komissiyasının press-relizində qeyd edilir ki, müdafiə fondu Aİ ölkələrinin səylərinin birləşdirilməsi və silah istehsalında səmərəliliyin artırılması məqsədi ilə yaradılır.
Müdafiə fondunun yaradılmasının elan edilməsi ilə eyni zamanda nəşr edilmiş “Avropa müdafiəsinin gələcəyi” adlı hesabatda qeyd edilir ki, 2016-cı il göstəricilərinə görə Aİ-nın 28 ölkəsinin hərbi xərcləri ABŞ-da olduğundan təqribən iki dəfə azdır.