Ötən gün valyuta hərracında USD/AZN məzənnəsinin sabit qalmasına baxmayaraq bu gün alqı-satqı qiymətində dəyişiklik edən banklar var.
Banker.az-ın online monitorinq xidmətinin göstəriclərinə əsasən, 24 saat ərzində ABŞ valyutasının satış məzənnəsini “Bank of Baku”, “Bank SilkWay”, “NIKOIL Bank”, “Expressbank” və “Azər Türk Bank” dolları ən çox ucuzlaşdıran banklardır. Bahalaşma isə cüzi olraq, “Gunay Bank” və “Turan Bank”da hiss olunur.
Hal-hazırda dolları ən sərfəli qiymətə “Kapital Bank” (1,6910 AZN), “Günay Bank”(1,6910 AZN) və “Accessbank” (1,6900 AZN) alır. Ən sərfəli qiymətə satan isə “DəmirBank”(1,6930 AZN) ,”Amrahbank”(1,6940 AZN) və “Kapital Bank”dır (1,6050).