10 C
Baku
Friday, December 13, 2024

Qanun çıxdı, “Exchange”lərdən isə hələ xəbər yoxdur…

Azərbaycanda “exchange”lərin fəaliyyəti bərpa olunması ilə bağlı müvafiq qanun təsdiqlənib. Xəbər verildiyi kimi Prezident İlham Əliyev ötən ay valyutadəyişmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərə əsasən, artıq girov müqabilində fiziki şəxslər də valyuta dəyişmə məntəqəsi sahibi ola bilərlər. Bunun üçün onlardan Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək lisenziya almaq tələb olunur.

Beləliklə, qanunun qəbulundan 20 günə yaxın vaxt keçib və hələ ki, Bakıda valyutadəyişmə məntəqələrinə rast gəlinmir. İndiyə qədər lisenziya üçün nə qədər müraciət olunduğunu aydınlaşdırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqə saxladıq. Palatadan virtualaz.org-a bildirdilər ki, hələ ki, ərizlərin qəbuluna başlanılmayıb: “Palata lisenziya ilə bağlı ərizlərin qəbuluna başlamayıb. Nə vaxt başlanacağı da məlum deyil. Yəqin ki, bu barədə mətbuata məlumat veriləcək”, – deyə palatadan bildirlər.

Vətəndaşlar Valyutadəyişmə məntəqəsinin önündə

Qanunvericiliyə əsasən, valyuta mübadiləsi məntəqəsi açmaq üçün ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir.

Qanunvericiliyə əsasən, lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər.

Xatırladaq ki, 2016-cı ilin əvvəlindən Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilərək, fəaliyəti qadağan olunub. Valyutadəyişmə məntəqələrinin bağlanması dollar “qara bazarı”nın yenidən meydana çıxmasına səbəb olmuşdu.

virtualaz.org

Son xəbərlər
Digər xəbərlər