8 C
Baku
Friday, December 13, 2024

Videokart istifadəçiləri Bitcoin-in dəyərinin artmasından xeyli gəlir qazanıb

Banker.az saytı Bloomberg agentliyinə istinadən xəbər verir ki, kriptovalyutaların dəyərinin artması fonunda videokart istehsalçıları xeyli gəlir əldə edə bilib.

Bir neçə il əvvəl kriptovalyutaları saxlamaq üçün adi kompüter kifayət idi, lakin hazırda 500 dollarlıq valyutanı saxlamaq üçün bu kifayət etməyəcək. Kriptovalyuta əldə edənlərə güclü “saxlayıcı” tələb olunur. Bu isə videokartların bahalaşmasına təkan verdi.

Amazon platformasında sözügedən bu cihazlara tələbat böyükdür. İnsanlar adətən 1 deyil, bir neçə videokart əldə edir. Bir faktı da qeyd edək ki, belə bir cihazın qiyməti adətən 2500 dollardan 3800 dollar arasında dəyişir. Təbii ki, burada qazanclı tərəf videokart istifadəçiləridir.

Agentliyin verdiyi məlumata görə, son bir neçə ay ərzində videokart istifadəçilərinin səhmləri qəfil olaraq artmağa başlayıb. Burada söhbət əsas olaraq Nvidia Corp, AMD, Intel və Micron Technology Inc şirkətlərindən gedir. Son zamanlar kriptovalyutalara qarşı marağın artması bazarda yaşanan bum bu şirkətlərin səhmlərinin artmasına təkan verib:

  • Nvidia – ilin əvvəlindən səhmlərinin dəyəri 45% artıb. Bu son ildə üçqat artım deməkdir.  
  • AMD – son ay ərzində səhmlərinin dəyəri 27% artıb. Son il ərzində qeydə alınan üçqat artım.
  • Intel – son il ərzində səhmlərinin dəyəri 17%artıb.
  • Micron Technology – ilin əvvəlindən səhmlərinin dəyəri 50% artıb. Son il ərzində qeydə alınan ikiqat artım.

Qeyd etmək lazımdır ki, son zamanlar tək Bitcoin deyil, digər kriptovalyutaların da populyarlığı artır. Son aylar ərzində Ethereum valyutasının dəyəri 439% artıb, Ripple və digərləri də populyarlıq qazanır. Düzdür onların hələ Bitcoin məzənnəsinin olduğu 2874 dollar (material hazırlandığı vaxta olan göstərici) səviyyəsinə çatmağa hələ çox var.

Son xəbərlər
Digər xəbərlər