1 C
Baku
Saturday, December 14, 2024

“Accessbank”ın rəhbərliyində dəyişiklik olub

“Accessbank” QSC-nin Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.

Almaniyanın “KfW” inkişaf bankı MŞ-dakı nümayəndəsi Eva Vitti Doktor Yan Klasenlə əvəz edib.

O, Köln Universitetində təhsilini biznes inzibatçılığı ixtisası üzrə bitirdikdən sonra 1994-cü ildə “KfW”-yə qoşulub, Bankın İdxal-İxrac Maliyyələşdirməsi şöbəsinin siyasi departamentinin Vitse-Prezidenti vəzifəsində çalışıb, daha sonra “KfW” nəzdindəki təbii ehtiyatların maliyyələşdirilməsi sektorunun heyətinə rəhbərlik edib.

2005-ci ilin aprel ayından başlayaraq, doktor Klasen “KfW IPEX–Bank”ın korporativ işlər üzrə ofisinin nəzdində korporativ strategiya və inkişaf rəhbəri vəzifəsində yeni öhdəlikləri icra edib, 2009-cu ilin yayında “KfW”-yə qayıdaraq KfW-nin restrukturizasiya şöbəsinə rəhbərlik edib və köməkçi bankın qeyri-işçi aktivlərinə görə məsul şəxs təyin olunub.

Xatırladaq ki, “Accessbank” 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 119,85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “KfW”, eləcə də 16,53% payla “Access Microfinance Holding AG” və 3,47% payla Almaniyanın “LFS Financial Systems GmbH.” şirkətləridir. sadd

MənbəReport
Son xəbərlər
Digər xəbərlər