“Bank Ombudsmanı”nın rəsmi loqosunu təqdim etdi [foto]

Qısa müddət ərzində marketinq və PR sektorunda öz mövqeyini möhkəmləndirməyə nail olan “Apamark” şirkəti bu dəfə yaxın zamanda fəaliyyətə başlayacaq Bank Ombudsmanlığı üçün loqo hazırlayıb.

Loqo “Alfabetik” üslubda yığılıb. Loqonun hazırlanmasında hər iki söz birləşməsinin baş hərflərindən istifadə olunub.

Apamark şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyasının (ABA) loqonun hazırlanmasını onlara etibar etməsi Apamark şirkətinin peşəkarlığına verilən dəyər və etimaddır: “Biz də bu etimadı doğruldaraq ortaya layiqli iş çıxartmağa çalışdıq. Şirkətimiz tərəfindən ABA-ya 3 loqo konsepti təqdim olundu və onların arasından bu loqonun üzərində qərarlaşdıq. Yeni loqo yaxın zamanda fəaliyyətə başlayacaq quruma aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq”.

Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti yaxın zamanlarda “Bank Ombudsmanı”nın yeni rəsmi saytını da istifadəyə verməyi planlaşdırır. bank ombu

Son xəbərlər
Digər xəbərlər