7 C
Baku
Thursday, December 12, 2024

Kişi və qadın beyni nə ilə fərqlənir?

Amerikan alimləri kişi və qadın beyinlərindəki neyronlar şəbəkəsinin bir-birindən fərqləndiyini aşkar etmişlər. Onların araşdırmalarının nəticəsi PNAS elmi jurnalında nəşr edilmişdir.

Ümumilikdə, alimlərin müəyyən etdiyinə əsasən, kişilərdə neyron şəbəkələri elə formada yerləşmişlər ki, onlar məlumatların qavranılması prosesini və hərəkət koordinasiyasını asanlaşdırırlar.

Eyni zamanda, qadınlarda neyron şəbəkələri sol və sağ yarım kürələr arasında strukturlaşmışdır ki, bu da intuitiv və analitik prosesləri dəstəkləyir.

Tədqiqatçıların fikirlərinə görə, baş beyinin quruluşundakı bu fərqlər qadınlar və kişilərin müxtəlif şeyləri necə uğurla etmələrini sübut edir.

Son xəbərlər
Digər xəbərlər