5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda dolların alış-satış spredi minimuma enib

Azərbaycanın kommersiya banklarında nağd ABŞ dollarının alış və satış məzənnələri arasındakı fərq milli valyutanın devalvasiyasından sonra minimal həddə enib. 

Hazırda kommersiya banklarında dolların ən yüksək alış məzənnəsi 1,6900 AZN/USD, ən aşağı satış məzənnəsi isə 1,6920 AZN/USD təşkil edir. Qeyd edək ki, dolları ən baha qiymətə alan “Gunaybank” ASC, ən ucuz satan isə “Silkway Bank” ASC-dir. Bununla da dolların alış-satış spredi 0,12%-ə düşüb.

Xatırladaq ki, məzənnə fərqinin azalması Azərbaycanın maliyyə bazarında aparılan proseslərlə əlaqəli olub. Dolların məzənnəsində son aylarda yaranan sabitlik məzənnə fərqinin daralmasına gətirib çıxarıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər