6 C
Baku
Sunday, December 15, 2024

Rəsmi Doha öz iqtisadiyyatı və valyutasını qorumağa hazırdır

Qətərin maliyyə naziri Əli Şerif əl-Emadi diplomatik böhran fonunda bəzi ərəb ölkələri tərəfindən tətbiq edilən sanksiyalar qarşısında Qətər iqtisadiyyatı və valyutasını müdafiə edə biləcəyini bildirib.

RİA “Novosti”yə istinadla, “bir sıra çağırışlarla qarşılaşa biləcəyimizi bilirik, lakin bu, olduqca həyatqabiliyyətli ölkədir. Biz lazımi səhmlərə və təhlükəsizliyə malikik. Xaici aktivlər və investisiyalar ÜDM-mizin 250%-dən çoxunu təşkil edir.Bu səbəbdən özümüzü əmin hiss edirik. Bilirik ki, valyuta və iqtisadiyyatımızı müdafiə edə bilərik. Yerli iqtisadiyyatda narahatlıq üçün hər hansı səbəbin olduğunu düşünmürəm”- deyə nazir CNBC telekanalına müsahibədə söyləyib.

qatar 1
Doha, Qətər

Qeyd edək ki, bir sıra ərəb ölkələri tərəfindən Qətərlə münasibətlərdə yaranmış vəziyyət fonunda Qətərin milli valyutası olan Qətər rialı bu həftəfyuçers bazarlarında 2009-cu ildən bəri ən aşağı həddə düşüb. Eksperlər bir sıra ərəb ölkələri ilə əlaqələrin kəsilməsinin Qətər iqtisadiyyatına ciddi zərbə vura biləcəyini və Qətər banklarına etibarda böhran yarada biləcəyini hesab edirlər.

MənbəSalamNews
Son xəbərlər
Digər xəbərlər