2017-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olmuş və onların 28,6 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,0 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76,2 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.
Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsi bu barədə açıqlama verib.
Dövlət qulluqçularının 8,1 faizi 1 ilə qədər, 27,4 faizi 1 ildən 5 ilə qədər, 20,9 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 18,5 faiz, 30-34 yaşda 15,2 faiz, 35-44 yaşda 22,1 faiz, 45-54 yaşda 23,2 faiz, 55-62 yaşda 17,7 faiz, 63-64 yaşda 2,1 faiz, 65 və yuxarı yaşda 1,2 faiz.
Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,1 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,2 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 21,3 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,2 faiz komplektləşdirilmişdir.
Dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 2016-cı ildə 634,3 manat təşkil etmişdir.