6 C
Baku
Monday, December 16, 2024

“Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilib

“Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Qanun layihəsi eyniləşdirilməsi həyata keçirilməli olan sığorta fəaliyyəti subyektlərinin dairəsini dəqiqləşdirir.

Layihədə deyilir ki, sığortaçılar, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üçün təkrarsığortaçılar və sığorta vasitəçiləri qanunla müəyyən olunmuş hallarda və qaydada sığortalının, sığorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanması tələblərinə əməl etməlidirlər.

 

Dəyişiklik barədə layihə müzakirələrdən sonra təsdiq olunub.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər