Millət vəkili Qənirə Paşayeva “ İşsizlikdən sığorta haqqında” qanunun müzakirəsində çıxış edib.
Millət vəkili qeyd edib ki, bu qanun da əmək müqaviləsi olanlar üçün işləyəcək: “Ancaq Azərbaycanda nə qədər işçilər var ki, onlar əmək müqaviləsiz işləyirlər. Eyni zamanda onların əməkhaqları rəsmi şəkildə az göstərilir. İşçi faktiki olaraq 500 manat maaş alır. İşəgötürənlər vergilər çoxdur deyə gizlətdiklərini deyirlər. Bütün bunlar gələcəkdə həmin şəxslərin pensiya təminatının az olmasına gətirib çıxaracaq. Əmək müqaviləsi olmayan da pensiya da ala bilməyəcək.
Biz nə etməliyik ki, əmək müqaviləri sistemi işləsin? Bu qanunlar mexanizm olaraq bir-birinə bağlıdır. Ona görə də əgər əmək müqaviləsi sistemi işləmirsə, bu qanun da işləməsində problem yaranacaq”.