ABŞ-ın Qətərdəki səfiri Dana Şell Smit prezident Donald Trampın Fars körfəzi ölkəsinə qarşı tənqidi çıxışından sonra istefa verib.
Bu barədə CNBC telekanalının müxbiri Con Harvud öz Twitter səhifəsində yazıb.
“Trampın növbəti tənqidindən bir neçə gün sonra ABŞ-ın Qətərdəki səfiri istefa verib”, – Harvud yazıb.
Xatırladaq ki, iyunun 9-da, ABŞ prezidenti Donald Tramp Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edib və buna son qoymağın vaxtı çatdığını bildirib.
İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.
virtualaz.org