Banker.az xəbər verir ki, RBR-in Teller Automation and Branch Transformation 2017 adlı hesabatına əsasən, bir sıra ölkələrdə banklar bank bölmələrinin transformasiyası strategiyasının bir hissəsi olaraq video-xidmət terminallarından istifadə etməyə başlayırlar.
Az xərc ilə çox sayda müştəriyə xidmət edilməsi:
Müştərilərə video-xidmət vasitəsilə xidmət edilməsi banklara çox sayda müştəriyə xidmət etmək və bununla eyni zamanda xərcləri azaltmaq imkanı verir. Video-bankçılıq az sayda bank əməkdaşına bütün ölkə boyu müştərilərə xidmət etmək şəraiti yaradır.
Çin bankları video-bankçılıqdan fəal olaraq istifadə edir:
Video-bankçılıq Çində kifayət qədər populyardır. Belə ki, bir çox maliyyə təşkilatları kənardan idarə olunan video-tranzaksiya həyata keçirməyə imkan verən terminallar quraşdırır. Çində belə terminallar ilk dəfə 2011-ci ildə quraşdırılmışdı, indi isə onlardan 30-dan çox bank istifadə edir.
Uzaq məsafədən xidmət etmək həm banklar, həm də müştərilər üçün sərfəlidir:
Uzaq məsafədən video-xidmətin uğurla tətbiq edilməsi yeni texnologiyadan həm bankların, həm də müştərilərin qalib ayrıldığını nümayiş etdirir.