“Rabitəbank” ASC-nin səhmdarları bankın səhmdar kapitalını 40 milyon artıraraq bankın məcmu kapitalını 105 milyon manata çatdırıblar. Kapital artımı bankın mövcud səhmdarları tərəfindən həyata keçirilib. Artım nəticəsində bankın səhmdar kapitalı 48.5 milyon manatdan 88,5 milyon manata çatdırılmışdır. Bu barədə Banker.az-a Bankın mətbuat departamentindən məlumat daxil olub.
Xatırladaq ki, bankın son bir il ərzində azalaraq 61 mln. manatdan 45 mln. manata düşmüşdü. 2016-ci ilin yekun hesabatına əsasən isə “Rabitəbank”ın zərəri 12.8 mln. mamat təşkil etmişdir.