2 C
Baku
Sunday, December 15, 2024

Konsolidasiyadan sonra ilk dəfə “Atabank” səhmdarları toplaşır

31 iyul 2017-ci il tarixində “AtaBank” ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilib.

“İclasın gündəliynə 2016-cı ildə bankın fəaliyyətinin yekunlarına dair Müşahidə Şurası və İdarə Heyətinin hesabatı və ötən il ərzində maliyyə hesabatının təsdiqi daxildir”, – deyə bankdan qeyd ediblər.

2017-ci ilin rüblük hesabatına görə, bankın aktivləri bir rüb ərzində azalaraq 464 mln.  manata düşmüşdür. 2016-cı ilin sonunda isə bankın 472 mln. manat aktivləri var idi.

Onu da qeyd edək ki, bu il, Bank bir rüb ərzində depozit portfelinin 13 mln. manatını itirərək 256 mln. manat depozit portfeli ilə kifayətlənməli olub.

Xatırladaq ki, iyun ayının 1-də keçirilən mətbuat konfransında “Atabank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirmişdi ki, iki bank – “Atabank” və “Caspian Development Bank”ın birləşməsi prosesi başa çatıb. “Atabank” rəhbəri konsolidasiyanın ixtisar olmadan həyata keçirildiyini bildirsə də, Report agentliyinin yaydığı məlumatda 20 işçinin ixtisar olunduğu qeyd olunmuşdu. Bunu bankı tərk edən işçilər özləri bildirmişdi.

 

Son xəbərlər
Digər xəbərlər