“DəmirBank” ASC 2017-cı ildə bir neçə lot üzrə tender elan edib.
Bu barədə Bank içtimaətə açıqladığı tenderdə qey edib.
Bankdan verilən xəbərə görə, bank maliyyə risklərinin sığortalanması məqsədi ilə qeyd edilən üç sığorta məbləğləri üzrə BBB, kömpüter cinayətləri, plastik kart üzrə fraud və s. halların sığortalanması ( 1. 3 000 000 AZN; 2. 4 000 000 AZN; 3. 5000 000 AZN ), nəğd vəsaitlərinin (filialların kassalarındakı və baş ofisin anbarındakı nəğd vəsaitlər, bankomatlardakı nəğd vəsaitlər, inkasator maşınları ilə daşınan nəğd vəsaitlər) 3-cü şəxs və ya şəxslər tərəfindən oğurlanması və ya yararsız vəziyətə salınmasının sığortalanması üçün tender elan edib.
Xatırladaq ki, fevral ayının 13-də “Dəmirbank” ASC-nin müştəri hesablarına haker hücumu nəticəsində 3 milyon manatın oğurlanması haqqında məlumatlar yayılmışdı. Bu bankda baş verən 3 milyon manatlıq oğurluq bankın daxilindən baş vermişdi.
Tender iştirakçıları Lot üzrə əlavə məlumatı AZ1008, Baki şəhəri. Qarabağ küçəsi, 31 ünvanından və Bankın www.demirbank.az saytından əldə edə bilərlər.