Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Azərbaycan banklarına audit hesabatlarını açıqlamaq üçün verdiyi vaxt bitib.
Reportun məlumatına görə, “Bank BTB” ASC hələ də audit rəyini açıqlamayıb.
Qeyd edək ki, MBNP bildirmişdi ki, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməz, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik qoymuşdu.
Xatırladaq ki, Banker.az-ın araşdımasına görə “Bank BTB” ötən ilin sonu kimi bu ilin I rübünüdə 1.1 mln. manat zərərlə başa vurmuşdu. Məluma üçün bildirək ki, 2016-cı ilin zərər həcmi 13 mln. manatdan artıq idi. Bankın aktivlərinin həcmində də 2 mln. manat azalma olmuşdu. Hazırda aktivlərin ümumi həcmi 239 mln. manata bərabərdir.