9 C
Baku
Thursday, December 12, 2024

Avropalı startap tamamilə ödənişsiz pul köçürmələri təklif edir

İrlandiyanın Circle startapı pul köçürmələri həyata keçirmək üçün tamamilə ödənişsiz beynəlxalq xidmət olmaq planları çərçivəsində İrlandiyada əməkdaşlarının sayını iki qat artıracaq.

Circle platformasının köməkliyi ilə daxili və transsərhəd pul köçürmələrini şəkil, mətn mesajı və yaxud elektron məktub göndərmək kimi sürətlə həyata keçirmək mümkün olacaq. Bu isə blockchain texnologiyası sayəsində mümkündür.  

Xidmət Circle vasitəsilə göndərilmiş daxili və transsərhəd köçürmələrdən komissiya haqqı tutmayacaq, şirkətə gəliri isə daha sonradan işə salınmış əlavə xidmətlər qazandıracaq.

Circle startapının 3 il əvvəl işə salınmasından bu günə qədər 136 milyon dollar (121 milyon avro) vençur kapitalı cəlb edə bilib.

Şirkət keçən il 1 milyard dollar dəyərində tranzaksiya emal edib.

İndi Circle ABŞ, Böyük Britaniya, İspaniya və İtaliyada olan istifadəçilər üçün əlçatandır. Bundan əlavə, şirkət daha 15 avropalı paytaxtda xidməti işə salmağı planlaşdırır. Son il ərzində Circle müştərilərinin sayı 1,000% , emal edilən ödəniş həcmi isə 500% artıb.

 

Son xəbərlər
Digər xəbərlər