9 C
Baku
Thursday, December 12, 2024

“Nağdsız hesablaşmalar haqqında” qanun müzakirə ediləcək

21 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbərliyi arasında görüş keçiriləcək.

Görüşdə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlər müzakirə olunacaq.

Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABA-nın prezidenti Zakir Nuriyev, ASK-nın prezidenti Məmməd Musayev, Vergilər Nazirliyinin və kommersiya banklarının nümayəndələri iştirak edəcəklər.

MənbəBBN
Son xəbərlər
Digər xəbərlər