Azərbaycanda bank müştərilərinin kredit hesablarının sayı yenidən artaraq ilin əvvəlindəki göstəriciyə yaxınlaşıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Azərbaycanda bank müştərilərinin kredit hesabları cari il mayın 1-nə 2 302 805 ədədə çatıb. Bu da aylıq müqayisədə 64 398 ədəd və ya 2,88% artım, ilin əvvəlindən 1 780 ədəd və ya 0,08%, illik müqayisədə isə 488 961 ədəd və ya 17,51% azalma deməkdir.
Beləliklə, mayın 1-nə əsasən, müştəri hesablarının 14,7%-ni kredit hesabları, 2,5%-ni depozit hesabları və 82,7%-ni cari hesablar təşkil edib. Qeyd edək ki, cari ilin mayın 1-nə ölkədə bank müştərilərinin ümumi sayı 5 630 404 nəfər təşkil edib.