“TuranBank” ASC-nin 2016-cı il üzrə auidit hesabatı açıqlanıb. Hesabata əsasən, ötən il bankın aktivləri 508 mln. 260 min manat təşkil edib. Bu isə 2015-ci il ilə müqayisədə 1.8 % azdır.
Ötən il “TuranBank” ASC-nin öhdəlikləri 467 mln. 614 min manat olub. Bankın kredit protfeli hesabat dövründən əvvəlki il ilə müqayisədə 2.9 % azalaraq 272 mln. 816 min manat təşkil edib.
Qeyd edək ki, bank 2016-cı il üzrə 13 mln. 336 min manat zərər edib. Bu isə 2015-ci il ilə müqayisədə 11 dəfə çoxdur.







