5 C
Baku
Saturday, December 14, 2024

Marketinq və Satış departamentinin Rəisi – AS Qrup İnvestment MMC

Marketinq və Satış departamentinin Rəisi

AS Qrup İnvestment MMC-yə Marketinq və satış departamentinə Marketinq və Satış departamentinin Rəisi vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

Professional tələblər:

– Komandanı idarəetmə bacarığı
– Brendinq, marketinq və PR strategiyalarının hazırlanmasında və həyata keçirilməsində iş təcrübəsi
– Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı
– Google, Sosial Media marketinq ilə bağlı iş təcrübəsi
– Professional Texniki tapşırıq və brif hazırlamaqda  iş təcrübəsi
– Yüksək satış bacarığı olmalıdır. Satış komandasının təşkili və idarə edilməsində müvafiq təcrübəsi olmalıdır.
– Məsuliyyətli, stressədavamlı və ünsiyyətcil olmalıdır
– Ezamiyyələ getməyə hazır olmalıdır.

Öhdəliklər:

– Şirkətin və şirkət daxili layihələrin strateji və taktiki marketinq planların hazırlanması və həyata keçirilməsinə nəzarət
– Şirkətin və şirkət daxili layihələrin marketinq və satış komandasının idarə olunmasının təşkili və nəzarət;
– Marketinq araşdırmalarının, bazar analizlərinin aparılması, rəqabət stragiyalarının hazırlanmasını təşkil etmək
– Portfeldə olan məhsulların qiymət siyasətinin müəyyən edilməsi
– Brendinq siyasətinin aparılması
– PR kampaniyaların aparılmasına, dizayn məhsullarının hazırlanmasına və reklam kanallarının effektiv idarə  olunmasına nəzarət
– Marketinq və PR effektivliyi bağlı hesabatların hazırlanmasına nəzarət
– Media ilə münasibətlərin idarə olunmasına nəzarət
– Yeni layihələr və yeni məhsullarla bağlı təkliflərin verilməsi, hazırlanmasına nəzarət
– Yeni bizneslər üçün hazırlanan biznes planlarn marketinq və satış yönümünün professional hazırlanmasına nəzarət.
– İş rejimi:  9:00-18:00, İstirahət günü- şənbə və bazar;

Namizədə qarşı tələblər:

– Analoji vəzifədə 3 ildən yuxarı iş təcrübəsi olmalıdır
– Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməlidir
– Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
– Kopyuter bilikləri:  MS ofice, 1C satış
– Yaş həddi: 28-40;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində  [email protected]  elektron ünvanına göndərə bilərlər. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı, ev 11 B; Telefon (012) 511 13 08.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq və Satış departamentinin Rəisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Daha çox vakansiyalar üçün Peşəkar İnkişaf səhifəsini Facebookdan izlə!

Son xəbərlər
Digər xəbərlər