10 C
Baku
Tuesday, November 26, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Zaminsiz Kredit verən banklar – SIYAHI

Zaminsiz Kredit verən banklar – SIYAHI

0
Zaminsiz Kredit verən banklar – SIYAHI

Bir müddət əvvəl  Bankların və Bank olmayan kredit təşkilatlarının  nağd pul kreditlərinin şərtləri haqqında geniş araşdırmanı Sizlərə təqdim etmişdik. Kredit əldə etmək istəyən şəxsləri narahat edən və bir çox hallarda krediti əldə etməyə maneçilik törədən amillərdən biri “Zaminlik” tələbidir. Keçən dəfəki araşdırmamızda da zaminlik tələbi haqqında məlumatları sizlərə təqdim etmişdik.

Bu dəfə qərar aldıq ki, bu məqamı siz oxucular üçün faydalı ola biləcək şəkildə daha detallı araşdıraq. Ətraflı məlumatı aşağıdakı cədvəldə sizə təqdim edirik.

Bank Maksimum məbləğ Zamin tələb olunan hallar
Bank Avrasiya ASC 10 000 AZN Məbləğdən asılı olmayaraq bütün hallarda rəsmi gəliri olan zamin tələb olunur.
AccessBank QSC 10 000 AZN Fərdi olaraq baxılır, yəni zaminin tələb olunub-olunmaması ilə bağlı qərar filialda kredit mütəxəssisi tərəfindən verilir.
AFB Bank ASC 10 000 AZN Kredit məbləği

  • 5000 AZN-dək olduqda – 1 şəxsin zaminliyi tələb olunur;
  • 5000  – 10 000 AZN olduqda – 2 şəxsin zaminliyi tələb olunur
Bank of Baku 10 000 AZN
  • Bankın “Aşağı kateqoriyalı” müştəriləri üzrə – kredit məbləği 3000 AZN-dən yuxarı olduqda 1 şəxsin zaminliyi;
  • Bankın “Yüksək kateqoriyalı” müştəriləri üzrə – kredit məbləği 5000 AZN-dən yuxarı olduqda 1 şəxsin zaminliyi;

Qeyd: Kateqoriya təyin olunarkən, müştərinin bankla əməkdaşlıq müddəti, kredit tarixçəsi və gecikmə göstəriciləri nəzərə alınır.

DəmirBank ASC 10 000 AZN Fərdi olaraq baxılır, yəni zaminin tələb olunub-olunmaması ilə bağlı qərar filialda kredit mütəxəssisi tərəfindən verilir.
Yapı Kredi Bank Azərbaycan QSC 10 000 AZN Zaminsiz krediti yalnız aşağıdakı şəxslər əldə edə bilər.

  •  Dövlət işçiləri
  • Müəllimlər
  • Xarici və yerli neft,rabitə,telekomunikasiya,IT və s. şirkətlərində işləyən şəxslər
  • Bank İşçiləri
  • Yapı Kredi Bank Azərbaycan-dan əmək haqqı alan müştərilər

Qeyd: Xüsusi hallarda Bank əlavə zamin tələb edə bilər.

NBC Bank 10 000 AZN Kreditin məbləği 2500 AZN-dən çox olduqda  bir çox hallarda 1 şəxsin zaminliyi tələb olunur.
Rabitəbank ASC 3 000 AZN Zamin tələb edilir
Unibank KB ASC 15 000 AZN Tələb edilmir
KapitalBank 20 000 AZN
  • Müştərinin bütün banklar üzrə ümumi aylıq ödənişlərinin cəmi əmək haqqının /  təqaüdün yarısına bərabər və ondan az olarsa zamin tələb edilmir. Digər hallarda müştəri kateqoriyasından asılı olaraq 6000 AZN-dək məbləği zaminsiz əldə etmək mümkündür.
  • Təqaüdçü olmayan ərizəçinin yaşı kreditin son ödəniş gününə 60 və daha çox olarsa 1 şəxsin zaminliyi tələb edilir.
  • Təqaüdçülər üzrə ərizəçinin yaşı kredit rəsmiləşdirilən tarixə  65 və daha çox olarsa 1 şəxsin zaminliyi tələb edilir.
  • Hərbçilərə kreditlər yalnız zaminliklə verilir
Naxçıvanbank ASC 20 000 AZN Fərdi olaraq baxılır, yəni zaminin tələb olunub-olunmaması ilə bağlı qərar filialda kredit mütəxəssisi tərəfindən verilir.
Bank BTB ASC 5 000 AZN
  • Kreditin məbləği 2000 AZN-dən çox olduqda 1 şəxsin zaminliyi tələb edilir.
  • Təqaüdçülər üzrə maksimal kredit məbləği 1000 AZN təşkil edir və bu məbləğ üzrə zamin tələb edilmir.
Bank Melli İran Bakı filialı 5 000 AZN
  • Kreditin məbləği 2000 manatadək olduqda dövlət və qeyri dövlət təşkilatlarında işləyən 1  şəxsin zaminliyi;
  • Kreditin məbləği 2001 manatdan 5000 manatadək olduqda dövlət və qeyri dövlət təşkilatlarında işləyən 2  şəxsin zaminliyi.
Bank Respublika ASC 5 000 AZN Kreditin məbləği 3000 AZN-dən çox olduqda 1 şəxsin zaminliyi tələb edilir.
TuranBank ASC 5 000 AZN Kredit məbləği

  • 2000 AZN-dək olduqda – 1 şəxsin zaminliyi tələb olunur;
  • 2000 AZN-dən yuxarı olduqda – 2 şəxsin zaminliyi tələb olunur
Expressbank ASC 5000 AZN Kreditin məbləği 3000 AZN-dən çox olduqda 1 şəxsin zaminliyi tələb edilir.
TBC Kredit təşkilatı 15 000 AZN Fərdi olaraq baxılır, yəni zaminin tələb olunub-olunmaması ilə bağlı qərar filialda kredit mütəxəssisi tərəfindən verilir.