İnformasiya Sistemlərinə Dəstək Şöbəsinin Mütəxəssisi

 

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur  departamenti İnformasiya sistemlərinə dəstək şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın server və digər avadanlıqlarının dəstəklənməsi;
  • Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;
  • Bankda istifadə edilən poçt və servislərin sazlanması, monitorinqinin həyata keçirilməsi;
  • Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparılması;
  • Serverlərdə, məlumat bazasının idarə etmə sistemində və iş sahələrində proqram təminatının inteqrasiyasının təmin edilməsi.

Tələblər

  • Texniki sahədə ali təhsil;
  • İT sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • Əla ünsiyyətqurma bacarığı;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı;
  • Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
  • Komandada işləmək bacarığı, topladığı təcrübəni bölüşmək bacarığı;
  • Diqqətlilik, detallara qarşı diqqətlilik.

hkc@kapitalbank.az

Son xəbərlər
Digər xəbərlər