“RabitəBank” ASC-nin “Nağd pul krediti” şərtlərində yaxın günlərdə baş verən dəyişikliklərlə bağlıdır. Nağd pul krediti şərtləri ilə bağlı ümumi bazar araşdırmamızda qeyd edilən şərtlərlə cari tarixə qüvvədə olan şərtləri aşağıda müqayisəli formada diqqətinizə çatdırırıq.
Göstəricilər | Köhnə şərtlər | Yeni şərtlər |
Kreditin maksimal məbləği | 1000 AZN | 3000 AZN |
Kreditin müddəti | 12 ay | Məbləğ 1500 AZN-dək olduqda – 12 ay
Məbləğ 1501 – 3000 AZN arası olduqda – 18 ay |
Kreditin illik faiz dərəcəsi | 27% | 12 ayadək kreditlər üzrə – 30%
13 – 18 ay arası kreditlər üzrə – 32% |
Komissiya | 1% | 1% |
Zamin | Tələb edilmir | Bütün hallarda tələb edilir |
Cədvələ nəzər yetirdikdə məlumuz olur ki, kreditin məbləği və müddətində müsbət istiqamətdə, illik faiz dərəcəsində və zaminlik tələbində mənfi istiqamətdə dəyişiklik olmuşdur. Kreditin komissiyası isə dəyişməz olaraq qalmışdır.