Azərbaycanın maliyyə bazarında yaranmış müsbət meyllər uçot dərəcəsinin azaldılmasına şərait yaradır.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
“Uçot dərəcəsinin 12%-ə düşməsi imkanlarını görürük”, – deyə Z.Nuriyev qeyd edib.