Britaniya bankçılığında böyüklüyünə görə ikinci yerdə olan Şotlandiya Kral bankı (RBS) beynəlxalq sanksiyalar olan İran, Sudan və digər ölkələr ilə əməkdaşlıq etməsi səbəbi ilə 100 milyon dollar ödəyəcək. Bank 2002-ci ildən etibarən pulların yuyulması prosesinə qoşulmuş və bu zaman ərzində 532 milyon dollar həcmində 3,5 min əməliyyat həyata keçirmişdir.
Bloomberg egentliyi bu hadisə ilə əlaqədar olar RBS bankı “İlin ən axmaq bankı” titulu ilə təltif etmişdir. Bankın bu ada layiq görülməsi səbəbi budur: “Qanun pozuntusu aşkar edən maliyyə tənzimləyiciləri çox vaxt bunu sübut etməkdə çətinlik çəkirlər. Lakin görünür, bu dəfə bu problem yaşanmamışdır. Bu gün Nyu-York ştatındakı maliyyə tənzimləyicilərinə çatmış sənədə əsasən, RBS ödəniş emal mərkəzlərində çalışan əməkdaşlarına qanunsuz əməliyyatları necə gizlətmələrini başa salan məktub göndərmişdir”.
Bankdan isə verilən məlumatda deyilir: Biz öz səhvimizi qəbul edir və çox təəssüf edirik. Maraqlıdır ki, bank məhz hansı səhvə yol verdiyinə görə təəssüf edir.