2 C
Baku
Saturday, December 14, 2024

Müştəri Məmnuniyyəti üzrə Mütəxəssis – PAŞA Sığorta ASC

“PAŞA Sığorta” ASC namizədləri Müştəri Məmnuniyyəti üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müştəri Xidmətləri Mərkəzlərinin fəaliyyətini dəyərləndirmək;
• Ünsiyyət bacarıqlarına dair işçiləri təlimatlandırmaq;
• Şikayətlərin həlli ilə bağlı müvafiq koordinasiyanı həyata keçirmək;
• Keyfiyyətin İdarəedilməsi sistemi ilə bağlı Müştəri məmnuniyyəti üzrə məsləhətçiyə dəstəyin təmin edilməsinə nəzarət etmək;
• Müştəri Məmnuniyyəti üzrə hesabatları hazırlamaq;
• Birbaşa rəhbər tərəfindən təqdim olunan tapşırıqları yerinə yetirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil;
• Azərbaycan və rus dillərində sərbəst, İngilis dilində orta danışma və yazma bacarığı;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Microsoft Word, Excell, Powerpoint programlarından istifadə bacarığı;
• Müştəri məmnuniyyəti istiqamətində 2 il iş təcrübəsi, Müştəri məmnuniyyəti  ilə bağlı təlimlərdə iştirak;
• Səlis nitq, fikri aydın ifadə etmək bacarığı, analitik düşüncə qabiliyyəti, araşdırma etmək bacarığı, problemli situasiyaları həll etmək bacarığı, geribildirim vermək bacarığı, stressə davamlılıq, komandada işləmək bacarığı, yüksək korporativ mədəniyyət, pozitiv, yenilik tərəfdarı, detallara qarşı diqqətli;

Son müraciət tarixi:  15 iyul 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər