Ümumilikdə dünya üzrə mərkəzi banklarda saxlanan 33 min 425 ton qızılın 10 min 785 tonu Avropadadır.
Anadolu informasiya agentliyinə istinadən, Dünya Qızıl Birliyinin məlumatına əsasən, ABŞ 8 min 133 ton qızıl ehtiyatı ilə ilk sırada qərarlaşıb. İlk beşliyə, həmçinin Almaniya (3 min 377 ton), İtaliya (2 min 451 min ton), Fransa (2 min 435 ton) və Çin (1084 ton) daxildir.
Dünya Qızıl Birliyi, Dünya Bankı və ölkələrin statistika qurumlarının məlumatlarına əsasən, İsveçrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında Mərkəzi Bankda saxlanılan 40 ton qızıldan adambaşına düşən 123,5 qram qızıla görə birinci yeri tutur. Sonrakı yerlərdə adambaşına 49 qram qızılla Livan, 41,1 qram qızılla Almaniya, 40,4 qram qızılla İtaliya və 37,1 qram qızılla Portuqaliya qərarlaşır.
Türkiyənin Mərkəzi Bankı isə 436 ton qızıl ehtiyatından adambaşına düşən 5,5 qram qızılla dünya ölkələrinin mərkəzi bankları arasında 11-ci sırada yer alıb.
Mərkəzi Bankda saxlanılan qızıl ehtiyatına görə Yəmən adambaşına düşən 0,06 qram qızılla son yerdə qərarlaşıb. Onun önündə isə Banqladeş (0,09 qram), Nigeriya və Kolumbiya (0,12 qram), Myanma (0,14 qram) yer alır.