Azərbaycanda bu ilin aprel ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi əvvəlki aya nisbətən 6,7% azalaraq 125 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.
Beləliklə, apreldə bank kartları ilə aparılan ümumi əməliyyatların 11,3%-i kredit kartları ilə aparılan əməliyyatların payına düşüb. Hesabata əsasən, kartlarla əməliyyatların həcmində kredit kartlarının xüsusi çəkisi əvvəlki ayla müqayisədə 1 faiz bəndi artıb.
Cari il mayın 1-nə dövriyyədə olan kredit kartlarının sayı 647 min təşkil edib ki, bu da dövriyyədəki cəmi kartların 11,7%-i deməkdir.