Banker.az xəbər verir ki, elektron kommersiya sahəsində nəhəng Alibaba şirkətinin maliyyə bölməsi olan Ant Financial 2017-ci ildə gəlirini əsas olaraq mobil ödənişlər sayəsində demək olar ki, iki dəfəyə qədər artırıb.
Mart ayında başa çatan maliyyə ilində Art Financial-ın gəliri 86% artıb və 814 milyon dollara çatıb.
Ekspertlər qeyd edir ki, Ant-ın gəlirinin artması 2018-ci ilə planlaşdırılan IPO gedişində investorların diqqətini şirkətə daha da cəlb edə bilər.
Qeyd edək ki, şirkət 2004-cü ildə AliPay ödəniş xidmətini işə salıb və hazırda Çində mobil ödənişlər bazarının yarısına nəzarət edir ki, bu pay da 5,5 trilyon dollar olaraq qiymətləndirilir.