Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə “2017 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Azərbaycanda 2-ci dəfə keçirilən “Formula 1” yarışlarını izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə, əvvəlcədən də mətbuatda xəbər verildiyi kimi, Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 67 filial və şöbəsi gücləndirilmiş iş rejimində xidmət göstərir.
Yarışlarla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı problemlə bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:
Əlaqələndirici şəxs: Azər Quluyev
Email: [email protected]
Tel: +994 51 444 25 32
Məlumat üçün bildirək ki, yarışlar zamanı işləyəcək bank filiallarının tam siyahısı ilə buradan tanış ola bilərsiniz.






